Mrmax.az
Ən asan vətəndaşlıq verən Ölkələr. - MrMax.az

Ən asan vətəndaşlıq verən Ölkələr.

Ən asan vətəndaşlıq verən Ölkələr.

Əgər siz xaricə gedib orada vətəndaşlıq və ya daimi oturma izni (residence permit) almaq istəyirsinizsə, düzgün blog-dasınız. Siyahıya əsasən dünyanın yaşam keyfiyyəti ən yüksək olan ölkələrini daxil etməyə çalışdıq. ( Dünyanın bir çox ölkəsində, vətəndaşlığa sahib insanla nigaha daxil olmaq sizə vətəndaşlıq qazandıracaq, ancaq, biz blog-da digər mümkün yolları gözdən keçirdəcəyik.)

 

Kanada

 

“Şimalın cənnəti” sayılan Kanadada yaşamaq üçün onlarca səbəb var. Yüksək həyat keyfiyyəti, insan haqqlarının ən çox dəyər görən yer olması, 5 universitetinin dünyanın ən yaxsı 100 universitetlərindən  olması ( mənbə: THE) və.s. Bəs bu ölkədə daimi oturma icazəsi və ya vətəndaşlıq almaq üçün nə etməlisiniz?

 

Əvvəlcə iş təcrübəsindən başlayaq. Əgər siz hansısa bir sahədə təcrübənizə güvənirsinizsə və ya CV-niz Kanada şirkətlərini cəlb edəcək dərəcəsindədirsə, onda şansınızı sınamağa dəyər. Yox, əgər siz hələ tələbəsinizsə və Kanadada oxumaq istəyirsinizsə, oradan alacağınız diplom sizi kanadalı etməyə bəs edəcək. Orada oxumaq üçün bir sıra təqaüdlərin olduğunu bilsək də, əsasən çox hissəsinin sadəcə bəzi seqmentləri qarşıladığını ( yataqxana, təhsil haqqı, yaşam xərcləri, tibbi sığorta və.s) bildirməliyik. Rəqabətin çox olacağını nəzərə almalısınız, ancaq, 2020-ci ildə açıqlanan qərara əsasən Kanada bu ildən etibarən qəbul kvotasını artırır və sizə şimalın qapılarını ardına qədər aralayır. 

Bununla yanaşı, əgər güclü fransız diliniz varsa, sertifikat almağınızı tövsiyyə edirik. Çünki bu üsul da sizin Kanadaya səyahət şansınızı 1-ə 5 artıracaq.

 

Avstraliya

 

Uzaq qitəyə səyahət, bilinənin əksinə çətin olmasada, Kanada ilə müqayisədə daha az şansınız var. Öz işinizi yüksək səviyyədə bilirsinizsə və təcrübəniz 5 ildən artıqdırsa, Avstraliya üçün qəbul şansınız var. Yüksək intellekt səviyyəsinə sahib insanları tələb edən Avstraliya höküməti, ingilis dilini də şərt kimi təqdim edir. Beynəlxalq ingilis dili imtahanlarından rəsmi C1 dərəcəsi almaqla siz gələcək həyatınızı yeni qitədə davam etdirə biləcəksiniz. Təhsil imkanları da geniş olan bu ölkədə, siz B2 səviyyəsində ingilis dili biliyinizlə buraya qəbul ala bilərsiniz.

 

Yeni Zellandiya

 

Uzaq qitənin qonşusu olan Yeni Zellandiya isə burada yaşamaq istəyənlərə Avstraliya qədər comərd davranmır. Buranın vətəndaşığını almaq çətin olmaqla yanaşı, oturma izninə müraciət isə azı 6 ay davam edir. Təhsil səviyyəsində hər zaman ən yüksək yerlərdə olan Yeni Zellandiyaya qəbul almaq üçün mütləq yaxşı ingilis dili biliyi, təhsildə nailiyyətlər və sosial həyatda aktiv olmağınız gərəklidir.

 

Almaniya

 

Avropa və dünya nəhənglərindən olan Almaniya isə bura köçən insanlar üçün yaxşı imkanlar təqdim edir. Hər kriteriyada dünya nəhəngi olan bu ölkə, miqrantlar üçün təhsil və iş yolunda çox da limitlər qoymur. Əgər burada yaxşı səviyyədə alman dilini bilirsinizsə, iş tapmaq üçün Stiv Cabs, təqaüd tapmaq üçün isə Eyinşteyn olmağa gərək yoxdur. Burada təhsilinizi bitirdikdən sonra sizə 18 aylıq oturma izni verilir və əgər bu müddətdə siz iş tapıb özünüzü doğrulda bilsəniz, alman höküməti sizə daimi oturma izni verəcək.

 

Amerika

 

“Fürsətlər ölkəsi” də bizim siyahıdadır. Burada vətəndaşlıq almağın bir neçə yolu var, ancaq ən asan yolu Amerika iqtisadiyyatına investisiya etməkdir. Birləşmiş Ştatlar bu məbləği 500.000$ olaraq qərarlaşdırsada, bu minimum məbləğdir və prossesin davamında əlavə xərclər də sizi gözləyəcək. Digər bir yol isə təhsil və iş yoludur ki, burada da sizdən yüksək səviyyədə ingilis dili biliyi və əvvəlki təhsilinizdə nailliyətlər tələb olunacaq. Amerikada iş həyatına atılmaq üçün isə siz, buraya qısa səfərlər edə bilər ( FLEX, UGRAD və.s kimi tam təqaüdlü proqramlar sizə yardım edə bilər) və şirkətlərdə özünüzü göstərməniz nəticəsində, növbəti illərdə şirkət dəstəkli proqramlarla Amerika səyyahı ola biləcəksiniz. Amerikalı iş adamları öz şirkətlərində xarici vətəndaş görməkdən çəkinməyəcək, çünki onlara görə, sizin qazandıracaqlarınız hər şeydən üstündür. “Money talks!”


 

Türkiyə

 

Təbiəti, insanı, tarixi, gözəllikləri ilə türklərin də dediyi kimi “Cənnət Vətən” Türkiyədə vətəndaşlıq almaq isə digərlərinə nisbətən daha asandır. Qardaş ölkənin vətəndaşlığını ala bilmək üçün sizə, nə yüksək səviyyədə dil biliyi, nə də ki, ecazkar CV gərəkməz. Türkiyədən vətəndaşlıq ala bilməyin bir neçə yolu olsada, ən çox istifadə edilən yollar, nikaha girmək və yatırım etməkdir. Türkiyə vətəndaşı ilə nikaha girdiyiniz halda, vətəndaşlıq almaq üçün namizədə çevriləcəksiniz və 3 il nikahda qaldığınız halda vətəndaşlıq alacaqsınız.

Bununla yanaşı Türkiyədən alacağınız mənzil də sizə vətəndaşlıq qazandıracaqdır. İstənilən qiymətə mənzil sahibi olsanız və 5 il müddətinə həmən mənzildə yaşayacağınız təqdirdə, vətəndaşlıq üçün uyğun olacaqsınız. Türkiyədə alacağınız 250.000 $-lıq daşınmaz əmlak isə sizə qısa müddətdə Türkiyə passport-u qazandıracaqdır. Xarici ölkədə daşınmaz əmlak alqısının ciddi səbr və professionallıq tələb etdiyini nəzərə alsaq, hər kəsə güvənməməyi, sadəcə professionallarla işləməyi məsləhət görürük. Bu yolda isə sizə biz, MrMax Xaricdə Əmlak şirkəti olaraq dəstək ola bilərik.

 


  • Paylaş

Tərəfdaşlarımız

Yalnız dünyanın ən yaxşı şirkətləri ilə işləyirik

1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg