Türkiyə Vətəndaşlığını necə almaq olar

Türkiyə Vətəndaşlığını necə almaq olar ?
Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb.
Türk vətəndaşlığı qanununun 19.09.2018 tarixli qərarına qədər Türkiyədə
1 mln. ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq
verilirdisə, bu qərarda sözügedən məbləğ 250 min ABŞ dollarına endirildi.
Bu qərara əsasən vətəndaşlıq almış şəxs mülkünü 3 il ərzində sata bilməz.
Bundan başqa, qonşu ölkədə investisiya limiti biznes qurub vətəndaşlıq
almaq istəyənlər üçün 2 mln. dollardan 500 min dollara, yerli banklara
depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 mln. dollardan
500 min dollara endirilib.
Xaricdə Əmlak işi peşəkarlıq istər, İşinizi peşəkarlara etibar edin, Sizində MrMax-la Xaricdə eviniz olsun!