Mrmax.az
Türkiyədə daşınmaz əmlak almaq üçün lazım olan sənədlər - MrMax.az

Türkiyədə daşınmaz əmlak almaq üçün lazım olan sənədlər

Türkiyədə daşınmaz əmlak almaq üçün lazım olan sənədlər

Türkiyədən mənzil almaq istəyən Azərbaycan vətəndaşı nələrə diqqət etməlidir?

 Türkiyədə Əmlak Almaq Üçün Lazım Olan Sənədləri nələrdir gəlin göz yetirək. Alıcı əvvəlcə mənzili nə məqsədlə aldığına baxmalıdır – mənzil investisiya məqsədli, yoxsa yaşamaq məqsədi iləmi alınacaq? İnvestisiya məqsədli mənzil alınacaqsa, inşaatı bitmiş, daha çox inkişaf etmiş, hərəkətli, turistlərin və iş yerlərinin çox olduğu şəhərlərdən mənzil almaq daha sərfəlidir.

Yaşamaq məqsədi ilə mənzil alınırsa, bunun yeni tikilən binalardan olmalısı məsləhər görülür. İstanbulda ən son texnologiya ilə inşa olunmuş binalar və komplekslər var. Bu komplekslərin içində alış-veriş mərkəzi, idman sahələri, uşaq parkları, üzmə hovuzu kimi sosial imkanlar yer almaqdadır. Bundan başqa, müasir texnologiya ilə inşa edilmiş binalar zəlzələyə davamlıdır. Yeni binalardan mənzil alınması daha sərfəlidir.

 Mülk alınacaq şirkətin seçimi də çox əhəmiyyətlidir. Hər ölkədə olduğu kimi, Türkiyədə də hər inşaat və əmlak şirkətindən mənzil alınmaz. Bu səbəblə mənzil alarkən şirkətin keçmiş referanslarını, daha əvvəl tamamlayıb təslim etdiyi mənzillərin layihələrini araşdırmaq lazımdır. Tətil məqsədli, bağ evi alınacaqsa, yenə inşa edən şirkətin nə qədər etibarlılığını yaxşı araşdırmaq lazımdır.

Əmlak alqı-satqısı zamanı Tapu Müdürlüyünə (Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı İdarəsi) müraciət edilir. Bunun üçün alıcı tərəfi bu sənədləri təqdim etməlidir;

Pasport
Pasportun notarial qaydada tərcümə və təsdiqi
Yerli vergi orqanından qeydiyyat nömrəsi
Alqı-satqı üçün dövlət rüsumu ödəniş qəbzi
Alıcı türk dilini bilmirsə lisenziyalı tərcüməçi
Daşınmaz Əmlakın qiymətləndirilməsi sənədi

Xaricdə Əmlak işi peşəkarlıq istər, İşinizi peşəkarlara etibar edin, Sizində MrMax-la Xaricdə eviniz olsun!


  • Paylaş

Tərəfdaşlarımız

Yalnız dünyanın ən yaxşı şirkətləri ilə işləyirik

1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg