Mrmax.az
Türkiyədə daşınmaz əmlakın alım-satım zamanı xərclər - MrMax.az

Türkiyədə daşınmaz əmlakın alım-satım zamanı xərclər

Türkiyədə daşınmaz əmlakın alım-satım zamanı xərclər

Türkiyədə daşınmaz əmlakın alım-satım zamanı xərclər

Azərbaycan və bir çox Avropa ölkələrindən fərqli olaraq Türkiyədə daşınmaz əmlak alım-satım prosesi Əmlak İdarəsində (Tapu ve Kadastro Genel Müdürlüğü) gerçəkləşdirilir. Əmlak alım-satım prosesi əsnasında alıcı və satıcının Əmlak İdarəsində olması şərtdir. İştirak edə bilməyən tərəf bu işləmlər üçün üçüncü şəxsə vəkalətnamə verə bilər. Satış işləmi sonunda 1 saata qədər zaman içində yeni çıxarış (tapu) təhvil alınır.

Çıxarış (Tapu) xərcləri

Əmlak İdarəsində (Tapu ve Kadastro Genel Müdürlüğü) daşınmaz əmlakın bəyan edilən dəyərinin 4%-i vergi olaraq ödənilir. Qanuna əsasən verginin 2%-ni alıcı, 2% + 400 tl dönər sərmayə vergisini satıcı ödəyir (adətən ikili razılaşmaya əsasən bütün xərcləri alıcı ödəyir). Bu vergi məbləği dövlət banklarından hər hansısa birində ödənilir. Bunun üçün daşınmaz əmlakın bağlı olduğu bələdiyyədən "asgari beyan değeri"  bəyannaməsi alınır. Bələdiyyənin bəyan etdiyi dəyərin altında satış məbləği göstərilə bilməz. Əks halda sonradan əlavə vergi cəzası yazıla bilər.  

Bundan başqa xarici vətandaşlar alacaqları əmlaklar üçün xüsusi lisenziyalı ekspert şirkətlərindən “qiymətləndirilmə aktı” almalıdırlar. Bu aktın qiyməti mənzilin ölçüləri və yerləşdiyi rayona görə 1000 tl ilə 3000 tl arasında dəyişir. 

Alım-satım prosesi zamanı istənilən sənədlərdən biri də əmlakın icbari sığortasıdır. Evin dəyərindən asılı olaraq sığorta xərcləri isə 100 tl ilə 500 tl arasında dəyişir. 

Əmlak şirkətlərinin xidmət haqqı xərcləri

Əmlak şirkətlərinin xidmət haqqı əmlakın dəyərinin 3%+ƏDV qədərini təşkil edir. Buraya əmlakın seçilməsi, ona baxışın təşkil edilməsi, satıcı ilə danışıqların aparılması, sənədlərin hazırlanması və onların lazımi qurumlara təqdim edilməsi aiddir.

İstənilən halda xidmət haqqını rieltor şirkəti ilə əvvəlcədən  müzakirə etmək lazımdır. Əgər sizə bu xidmətlərdən hansısa lazım deyilsə, sizə endirim edə bilərlər. Bəzi satıcılar mülklərini daha tez sata bilmələri üçün şirkətlərin xidmət haqqını daha çox ödəməklə alıcı xərclərini də üstlənirlər. 

 

MrMax olaraq vəkillərin hazırladığı satış müqavilələri ilə satışları həyata keçiririk. Müştərilərimizin ödəyəcəyi vəsait hər zaman şirkətimizin nəzarəti və zəmanəti altındadır. Türkiyədə əmlak satışı zamanı peşəkar kadrlarımızla bərabər Azərbaycan vətəndaşlarının hər zaman yanındayıq. Bizi seçən müştərilərin vəkilə ehtiyacı yoxdur. Vətəndaşlıq almaq istəyən müştərilərimizə vətandaşlıq alımı prosedurunda yardımçı olmaları üçün vəkil ilə müqavilə bağlamasını tövsiyə edirik. Bunun üçün əməkdaşlıq etdiyimiz, sahəsində təcrübəli vəkillərimiz var.

 


  • Paylaş

Tərəfdaşlarımız

Yalnız dünyanın ən yaxşı şirkətləri ilə işləyirik

1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg