Mrmax.az
Türkiyədə əmlak alana vətəndaşlıq - MrMax.az

Türkiyədə əmlak alana vətəndaşlıq

Türkiyədə əmlak alana vətəndaşlıq

Türkiyə vətəndaşı olmaq üçün xarici vətəndaşlar 250 min dollar və üzəri daşınmaz əmlak almalıdırlar.

Bu halda əcnəbinin özü, həyat yoldaşı və 18 yaşın altında olan övladları da vətəndaşlıq almaq hüququ qazanır.

Ayrıca bu rəqəmin altında mülk aldığınızda siz və ailəniz oturum icazəsi almaq hüququna malik olur. 5 il kəsintisiz mülkünüzdə yaşadığınız halda vətəndaş olma şansı qazana bilərsiniz. Oturum icazəsi olan xarici vətəndaşların iş tapa bilməsi oturumu olmayanlara görə daha rahat olur. Belə ki, şirkətlərin xarici vətəndaşlara iş izni ala bilməsi üçün xarici vətəndaşın oturum sənədinə ehtiyacı olur. Əks halda xarici vətəndaş öz ölkəsindəki Türkiyə səfirliyi vasitəsiylə iş vizası üçün müraciət edə bilər.

 

Əcnəbilərin Mülk Satın almasındaki Məhdudiyyətlər Nələrdir?

 

Türkiyədə xarici vətəndaşlar mənzil, ticarət obyekti, torpaq kimi daşınmaz əmlaklar almaq hüququna malikdir.

Əgər xarici vətəndaş tarla və ya torpaq alacaqsa bu ərazini necə istifadə edəcəyi haqqında məlumatı 2 il ərzində Çevre ve Şehircilik Bakanlığına verməlidir.

- Xarici vətəndaş 30 hektardan çox torpaq ala bilməz

- Xarici vətəndaş dövlət əhəmiyyətli xüsusi qadağan olunmuş ərazilərdən və təhlükəsizlik bölgələrindən mülk ala bilməz

 

 

Mülk satın almadan öncə diqqət edilməsi lazım olan nöqtələr

- Daşınmaz mülkün üzərində ipoteykası, borcu və s. olub olmadığını öyrənin. Bunu Tapu idarələrindən öyrənə bilərsiniz.

- Mülkiyyətçinin dəyişməsi üçün Tapu müdürlüyünə müraciət edilir.   https://randevu.tkgm.gov.tr/ 

- Daşınmazın dövrü yalnız Tapu idarələrində imzalanacaq rəsmi sənəd və qeydiyyat ilə mümkündür.

- Mülk satın almaq üçün ikamet (oturum) izni lazım deyil.

- Mülk satın almaq üçün sahəsində ixtisaslaşmış Peşəkar əmlak agentləri və şirkətlərinə müraciət edin.

 

 Satış əməliyyatı üçün lazım olan sənədlər:

- Daşınmazın Tapu (kupça) sənədi və kopyası

- Satın alacaq xarici vətəndaşın pasportu, tərcümə və notarial təsdiqi

- Mülkün yerləşdiyi ərazinin bələdiyyəsindən “Emlak rayiç değeri belgesi”

- Mülkün icbari sığortası

- Alıcı türk dilini bilmirsə lisenziyalı tərcüməçi

- Əgər satış Türkiyə kənarında verilmiş etibarnamə ilə olacaqsa sənədin əsli və apostili (türkcə)

- Mülkün qiymətləndirilməsi aktı (lisenziyalı firmalardan alınır)

 

Satış əməliyyatının üçün tələb edilən xərclər

- Tapu xərci (mülkün dövlətin hesabladığı dəyərinin 4%)

- Dönər sərmayə vergisi 

- Mülkün qiymətləndirilməsi aktı (1000-1500tl arası)

- Əmlak firmalarının xidmət haqqı (2-3% + ədv 18%)

 

Xaricdə Əmlak işi peşəkarlıq istər, İşinizi peşəkarlara etibar edin, Sizində MrMax-la Xaricdə eviniz olsun!


  • Paylaş

Tərəfdaşlarımız

Yalnız dünyanın ən yaxşı şirkətləri ilə işləyirik

1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg