Türkiyədə ev alqı satqısı 2020-ci il

Türkiyədə ev alqı satqısı 2020-ci il
Keçən il Türkiyə iqtisadiyyatının demək olar ki, bütün sahələri çətin bir dövr keçmişdir. Daşınmaz əmlak satış sektoru da daxil olmaqla. Ancaq epidemiyanın yeni bir növü koronavirusa baxmayaraq, ev satışları keçın il çox aktiv idi. Ümumi satışdan danışsaq, Türkiyədə təxminən bir milyon yarım əmlak satıldı və bu Türkiyə tarixi üçün bir rekorddur.
Əcnəbilər neçə mənzil almış?
Xarici vətəndaşlar 2020-ci ildə Türkiyədə 40 mindən çox daşınmaz əmlak almışlar. İlin birinci yarısında satışlar kifayət qədər azalsa da, ikinci yarım ildə ölkələr arasında sərhədlər açılan kimi satışlar kəskin şəkildə artdı. Keçən il xarici vətəndaşla daşınmaz əmlak satışları 2019-cu ilə nisbətən cəmi 10% azaldı.
Epidemiya, dünyada ümumi həyəcan verici vəziyyət, valyuta dalğalanması və digər mənfi amillər, fərqli ölkələrdə daşınmaz əmlak satışlarında azalmanın 30-80% arasında olması, Türkiyə daşınmaz əmlak satışındakı artış digər ölkələrin fonunda irəliləyiş kimi qəbul edilə bilər.
Xarici vətəndaşlar ən çox hansı şəhərlərdən əmlak alıblar?
Keçən il ən çox daşınmaz əmlakı xarici vətəndaşlar İstanbul şəhərindən almışlar. Bu şəhər hər zaman digər ölkə vətəndaşları tərəfindən ən çox sevilən tarixi və turistik şəhərdir. Buna görə də keçən il İstanbulda satılmış hər üç əmlakdan birini xarici vətəndaşlar almışdır. İkinci ən populyar və sevilən şəhər Antalyadır. Əcnəbilərə keçən il Antalyada 7.7 min əmlak satılmışdır. Qeyd etmək lazımdır ki, Antalya ardıcıl ikinci ildir ki İstanbuldan sonra ikinci yerdədir. Xarici vətəndaşların üstünlük siyahısında Ankara, Bursa və Yalova da var.
Hansı tip mənzillər üstünlük təşkil etdi?
Alım sayına görə 2+1 (3) otaqlı mənzillər üstünlük təşkil etmişdir. Ancaq keçən il əvvəlki illərdən fərqli olaraq villaların satışları artdı. Bunun əsas səbəblərindən biri COVİD-19 pandemiyasında böyük şəhərlərin sakinlərinin şəhərdən kənar öz müstəqil evlərində yaşamağa qərar verməsidir. 2020-ci ilin satışlarında digər bir xüsusiyyət də tikinti və kənd təsərrüfatı işləri üçün torpaq satışlarında artım olmasıdır. Əcnəbilər daimi yaşayış üçün ev tikmək və əkinçiliklə məşğul olmaq üçün Türkiyədə getdikcə daha çox torpaq alırlar. Cari ildə analitiklərin fikrincə bu tendensiya davam edəcəkdir.
Ən çox hansı ölkə vətəndaşları alıb?
2020-ci il Türkiyədə daşınmaz əmlak əcnəbi alıcıları arasında da liderlər eyni olaraq qalıb. İranlılar, iraqlılar və ruslar liderdir. Türkiyə statistika komitəsinin (TÜİK) məlumatlarına görə İran vətəndaşları 2020 ilində Türkiyədən 7 min 189 daşınmaz əmlak satın aldı. İranı 6 min 674 əmlak ilə İraq, 3 min 78 əmlak ilə Rusiya Federasiyası, 1 min 929 əmlak ilə Əfqanıstan və 1min 279 əmlak ilə Azərbaycan izlədi. Siyahıda ilk 15-ə Almaniya, Küveyt, Yəmən, Qazaxıstan, Böyük Britaniya, Finlandiya, Çin, Misir, Ukrayna və Livan vətəndaşları daxildir.
Ən diqqət çəkici məqam Çin vətəndaşlarının keçən il 900 ədəd əmlak almalarıdır. Daha öncəki illərə nisbətən Türkiyədən ildə bir neçə əmlak alan çinlilərinin indi türk daşınmaz əmlakına göstərdiyi maraq sonrakı illərdə satışların daha da artmasına ümid verir.
Türkiyədə daşınmaz əmlakın dəyəri keçən il ərzində artdı və hal hazırda da artmağa davam edir. Əcnəbilərin Türkiyədə daşınmaz əmlaka yatırım etmələrini əsas səbəblərindən biri də 250.000 dollar və üzəri mənzil və ya ticatət obyekti aldıqlarında Türkiyə vətəndaşlığı qazana bilmələridir. 2020-ci ildə daşınmaz əmlak alan 9 mindən çox xarici vətəndaş Türkiyə vətəndaşı olmuşdur.