Vəkalətnamə ilə xaricdə əmlak alımı

Etibarnamə ilə xaricdə əmlak alımı
Etibarnamə Türkiyədə daşınmaz əmlak alım-satım prosesində alıcının səyahəti zamanı lazımsız zaman itkisinin qarşısını almaq üçün çox istifadə edilir. Əgər alıcı əmlakın öz mülkiyyətinə keçməsi ilə bağlı sənədləri özü hazırlamaq istəmirsə, və ya buna imkanı yoxdursa, bu işləri aparmaq üçün Türkiyədəki nümayəndəsinə etibarnamə verə bilər. Etibarnaməni notarius təsdiqləyir və həmin nümayəndə alıcının adından bütün rəsmi işləri yerinə yetirə bilir.
Etibarnamə ilə əmlak satışlarında alıcı və ya satıcı istədiyi şəxsi öz yerinə vəkil təyin edə bilər. Etibarnamə verdiyiniz şəxsin sahəsində peşəkar əmlak agenti və ya təcrübəli vəkil olmasını tövsiyə edirik. Ayrıca, etibarnamənin məhdud zaman içində və məhdud lazımlı səlahiyyətlər ilə verilməsi lazımdır.
Bu səlahiyyətlər əsasən əmlak alımı, vergi xidməti və ödəmələri, bank ödəmələri, elektrik, su, telefon və digər abunəlik işləridir. Etibarnamədə sadəcə bu maddələri yazdırsanız, etibar etdiyiniz şəxs bu maddələrdən başqa digər işlərdə sizi təmsil edə bilməz.
Xarici vətəndaşı Türkiyədə birinin təmsil edə bilməsi üçün xarici vətəndaşın pasportunu səlahiyyətli notariusda tərcümə və təsdiq etdirməsi vacibdir.
Türkiyədə olan bütün notariuslarda pasportunuzu tərcümə-təsdiq etdirə və etibarnamə verə bilərsiniz. Türk dilini bilməyən xarici vətəndaşlar bu işi edə bilməsi üçün sertifikatlı və səlahiyyətli tərcüməçi ilə bərabər notariuslara müraciət etməlidirlər. Xarici vətəndaşlar etibarnamə üçün ölkəsinin Türkiyədə fəaliyyət göstərən səfirlik və konsulluğuna da müraciət edə bilər.
Türkiyə, Haaqa Apostil Konvensiyasına daxil olan bir ölkədir. Azərbaycan Respublikası da bu Konvensiyaya qoşulmuşdur. Bunun üçün Türkiyəyə gedib zaman itirməməyiniz üçün istənilən şəxsə Azərbaycanda yerləşən notariuslarda da etibarnamə verib apostil etdirə bilərsiniz. Ehtiyacınız olarsa etibarnamənin nümunəsi üçün şirkətimizə müraciət edə bilərsiniz.
MrMax şirkətinin peşəkar əməkdaşları xaricdə etibarnamə ilə sizə daşınmaz əmlak alım işlərində professional xidmət göstərir.