Mrmax.az
Xaricdə əmlak almağın bir sıra üstünlükləri - MrMax.az

Xaricdə əmlak almağın bir sıra üstünlükləri

Xaricdə əmlak almağın bir sıra üstünlükləri

Xaricdə əmlak almağın bir sıra üstünlükləri

Türkiyənin turizm şəhərlərində daşınmaz əmlak almaq xarici vətəndaşlar arasında günü-gündən daha da ön plana çıxır. Alanya , Antalya, Bodrum və bu kimi bölgələr indi daha çox trendlər arasındadır. Artan tələbat səbəbindən bu  yaşayış məntəqələrindəki mənzillərin, villaların və digər daşınmaz tipli əmlakın qiyməti də artır. 

Kurort şəhərlərində mənzil almağın bəzi üstünlükləri haqqında qısa məlumat verək:

Dənizə yaxınlıq

Uzun məsafələr qət etmədən və vaxt itkisi yaşamadan çimərliklərin əl çatılan ola bilməsi hər bir insanın xəyalıdır.

Ekologiya

Kurort şəhərlərində ümumiyyətlə sənayə müəssisələri olmur. Varsa da, yaşayış məntəqələrindən çox uzaq məsafədə yerləşirlər. Buna görə də bu cür yaşayış zonaları ekoloji temiz ərazilərdir. Təmiz dəniz havası sağlamlığa və rifaha böyük təsir göstərir.

İnkişaf etmiş infrastruktur 

Bir qayda olaraq Türkiyədəki kurort şəhərləri çox sayda turistlər üçün nəzərdə tutulmuşdur. Bu turizm bölgələrində konfort ön plandadır. Təmiz küçələr, bütün müəssisələrdə yüksək xidmət, hər cür xidmətdə qüsursuz iş. Bütün bunlar kurort şəhərlərindəki həyatı daimi sakinlər üçün də rahat edir. Həm də bu cür kurort bölgələrində yaşayış kompleksləri otel infrastrukturu tərzi ilə inşa olunur. Yaşayış komplekslərinin ərazisində üzmə hovuzları, oyun sahələri, spa mərkəzləri, sauna, idman salonu, sinema və digər sosial təsislər mövcutdur. Belə komplekslərdə yaşamaq daha rahat və təhlükəsizdir. 

İş imkanları

Kurort şəhərlərində iş tapmaq asan olur. Tətilə gələn çoxsaylı turistlər kurort ərazilərinin əksər sakinlərinin əsas gəlir mənbəyidir. Mağaza, kafe-restoran, əyləncə mərkəzi, aptek, səyahət turları və digər sahələrdə öz işinizi rahatlıqla qura bilərsiniz və ya maaşlı bir iş yerində işləyə bilərsiniz.

 

Adaptasiya

Alanya, Bodrum , Antalya kimi kurort şəhərlərində əcnəbilərin sayı getdikcə daha da artır. Bu o deməkdir ki, xəstəxana və apteklərdə, kafe və restoranlarda, əyləncə məkanlarında xarici dil bilənlərin olacağı şübhə doğurmur. Üstəlik, hal hazırda kurort şəhərlərindəki yerli insanlar rus, ingilis, alman, çin və s dillərə aşinadır. Digər bir üstünlük də odur ki, bu cür şəhərlərdə uyğunlaşmaq üçün  kömək edəcək  həmyerlilər tapmaq asandır. 

İcarə 

Kurort şəhərlərində mənzil alsanız mənziliniz heç bir zaman boş qalmaz. Mənzilinizi rahatlıqla kirayəyə verə biləcəksiniz. Turistlər getdikcə otelllərdə deyil, daha rahat ola bilmələri üçün mənzillərdə qalmağı üstün tuturlar. 

Yatırım

Kurort bölgələrində mənzillər ucuzlaşmır, zaman keçdikcə daha da dəyəri artır. Məsələn, Muğla və Antalyada son 2 ildə əmlak qiymətləri iki dəfə artmışdır. Bu o deməkdir ki, mənzil və ya villa almaq sizin üçün sərfəli bir investisiyadır. Xüsusilə kurort zonalarında tikilməkdə olan proyeklərdən daşınmaz əmlak almaq sərfəlidir. Bir neçə il sonra əmlakı aldığınız qiymətdən xeyli yüksək qiymətə sataraq gəlir əldə edə bilərsiniz. 

Turistik bölgələrə qoyulan investisiyalar sizə daimi qazanc gətirəcək və bu yolda ixtisaslaşmış peşakar komandamız həmişə yanınızdadır. 

Mrmaxla sizin də xaricdə  daşınmaz əmlakınız olsun. 

 


  • Paylaş

Tərəfdaşlarımız

Yalnız dünyanın ən yaxşı şirkətləri ilə işləyirik

1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg
1.jpg