Xarici vətəndaşların Türkiyədə əmlak almaqlarının səbəbləri

Məlumdur ki, Türkiyədə 19.09.2018 tarixli qərara əsasən 250 min ABŞ dolları dəyərində əmlak alan xarici vətəndaş Türkiyə vətəndaşlığı ala bilmək hüququ qazanır. 2020 ci ildə isə xarici vətəndaşlar Türkiyədə 10 milyon 871 min 131 kvadratmetrlik əmlak almışlar. Bunun 35%-i vətəndaşlıq əldə edə bilmək üçün alınmışdır. Sahəsinə görə vətəndaşlıq əldə etmək üçün alınan mülklərin 15%-i İstanbulun payına düşür.
Misir vətənaşları Türkiyə vətəndaşlığını ala bilmələri üçün qoyulan yatırımların çoxluğuna görə birinci sıradadır. Bundan sonra ölkə sırasıyla İran, Iraq, Fələstin, Qatar, Çin, Yəmən, Əfqanistan, İordaniya və İsrail gəlir
Xarici vətəndaşlar ən çox Konya şəhərindən, daha sonra sırasıyla İstanbul, Afyonkarahisar, Manisa, Karaman, Bilecik, Bolu,Tekirdağ, Antalya və Kocaelidən əmlak almışlar.
İstanbulda xarici vətəndaşlar ən çox Büyükçekmece, Başakşehir, Beylikdüzü rayonlarından mülklər almışlar. Bu rayonları da sırası ilə Esenyurt, Silivri, Şile, Sarıyer, Küçükçekmece, Arnavutköy və Bağcılar izləyir.
İstanbulda mülk alan xarici vətəndaşlardan ilk sıranı Iraq tutur. Bu ölkəni İran, Əfqanistan, Yəmən, İordaniya, Liviya, Fələstin, Misir, Çin, Almaniya və İsrail izləyir.
Xaricdə Əmlak işi peşəkarlıq istər, İşinizi peşəkarlara etibar edin, Sizində MrMax-la Xaricdə eviniz olsun!