
Istanbulun Avropa tərəfinin mərkəzi rayonu olan Zeytunburnunun Topkapı səmtində 57.000 kvadrat metr ərazi üzərində yüksələn kompleks 2022ci ilin sonlarında yeni sakinlərinə təhvil veriləcəkdir.
Kompleks 8 blok, 224 mənzil və 29 ticarət obyektindən ibarətdir. Mənzillərin genişliyi 49 - 256 kvadrat metr arasında dəyişən 1+1, 2+1, 3+1 və 4+1 fərqli mənzil tiplərindən ibarətdir. Ticarət obyektlərinin genişliyi isə 63 ilə 760 kvadrat metr arasında dəyişir.
Kompleks Yıldız Teknik Universiteti Davutpaşa kampüsü və Koç Universiteti Xəstəxanasının yanında yerləşməsi layihəni daha da dəyərləndirir. Proyektdən E-5 ana magistral yolu 300 metr, metrobüs dayanacağı 300 metr, Taksim meydanı 10 dəqiqə, Tarixi Yarimada 15 dəqiqə, Şişli-Nişantaşı 15 dəqiqə, Yeni Havalimanı 35 dəqiqə aralı məsafədədir.
Kiçik mərtəbəli binaları ilə diqqət çəkən proyektdə sakinlərin konfortu nəzərə alınaraq 2 qapalı hovuz, sauna, fitnes, uşaq oyun sahəsi və oyun parkları da layihələndirilmişdir. Bundan əlavə sakinlər təhlükəsizlik xidməti, resepsion, vale, concierge, quru təmizləmə və digər xidmətlərdən də faydalana biləcəklər.
Şirkətimiz müştərilərinə özəl olaraq proyektdəki mənzilləri ilkin ödəniş 40% olmaqla 24 aya qədər faizsiz kredit və satışlarda 15%-ə qədər endirim təmin edir.
Otaq sayı | Sahə m2, min | Sahə m2, max | Qiymət min $ | Qiymət max $ |
2+1 | 127 | 284 | 471.000 | 784.000 |
3+1 | 147 | 329 | 500.000 | 926.000 |
4+1 | 209 | 226 | 826.000 | 1.114.000 |
Yalnız dünyanın ən yaxşı şirkətləri ilə işləyirik