
Proyekt İstanbulun Avropa tərəfi Bahçelievler rayonunda inşa edilir. Ümumi sahəsi 2.500 kvadrat metr olan yaşayış kompleksi 2 blok 120 mənzil və 26 ticarət obyektindən ibarətdir.
Mənzillər 2+1, 3+1 olaraq ailə konsepti üslubunda layihələndirilmişdir. Müasir memarlığın tələblərinə uyğun olaraq təmirli mənzillərin sahəsi 117 ilə 141 kvadrat metr arasında dəyişir.
Lobbi və resepsiona sahib proyektdə geniş balkon və terras, geniş və işıqlı mənzillər ilk sahiblərini gözləyir. Hər mənzil üçün qapalı qarajda ayrılmış 1 maşınlıq yerlərlə yanaşı sakinlər kompleksdəki açıq böyük və uşaq üzmə hovuzlarından, uşaq oyun sahələri, fitnes salonu, sauna, türk hamamı və günəşlənmə terrası və digər sosial imkanlardan istifadə edə biləcəklər.
Dövlət xəstəxanasının yanında yerləşən yaşayış kompleksi E-5 avtomagistralına 1.5 km, Metro və Metrobus dayanacaqlarına 1.5 km, Yeni İstanbul Havalimanına 35 km, Memorial xəstəxanası 1,5 km, Marmara Forum AVM 5 km, 212 OUTLET AVM 1 km aralı məsafədə yerləşir.
Şirkətimiz müştərilərinə özəl olaraq proyektdəki mənzilləri ilkin ödəniş 50% olmaqla 18 aya qədər faizsiz kredit və satışlarda 10%-ə qədər endirim təmin edir.
Otaq sayı | Sahə m2, min | Sahə m2, max | Qiymət min $ | Qiymət max $ |
2+1 | 117 | 118 | 212.000 | 256.000 |
3+1 | 137 | 141 | 231.000 | 329.000 |
Yalnız dünyanın ən yaxşı şirkətləri ilə işləyirik